Rusiya “Krasnopol”la S-300-ü məhv etdi - VİDEO

Rusiya hərbçiləri 152 mm-lik "Krasnopol" mərmisi ilə Ukrayna ordusuna məxsus S-300 zenit-raket kompleksini məhv edib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələrinin döyüş növbətçiliyi rejimində buraxılış mövqelərində yerləşdirilən S-300 zenit-raket kompleksləri yüksək dəqiqlikli silahlarla vurulub. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin buraxılış qurğuları məhv edilib", - məlumatda qeyd olunub.

Müdafiə Nazirliyi S-300-ün vurulma anının görüntülərini yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31