Rusların Avropada müsadirə olunan əmlakı Ukraynaya veriləcək

Avropada sanksiyalara məruz qalan rusların əmlakı müsadirə olunaraq Ukraynanın bərpasına ayrıla bilər.

Olaylar.az xəbər verir ki, Avropa komissarı Didye Reynders deyib. Reyndersin sözlərinə görə, müsadirə olunan əmlaklar Ukraynadakı hərbi əməliyyatın qurbanlarına təzminat ödəmək üçün də istifadə oluna bilər.

Avrokomissar qeyd edib ki, bunun üçün məhkəmə proseduru lazımdır, O, həmçinin bildirib ki, hazırda Avropa hökumətləri sanksiyalara məruz qalan rusların cinayət əməllərində iştiraklarının olub-olmadığını da araşdırır.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31