“Sakini olduğunuz yaşayış məntəqələri azad olunsa da, ora qayıtmağa tələsməyin”
1 Aprel 2022 14:26 DünyaUkrayna Baş nazirinin müavini əhalini işğaldan azad edilən ərazilərə getməməyə çağırıb. "OLAYLAR.AZ" UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müvəqqəti işğal altında olan ərazilərlə iş üzrə müavini İrina Vereşşuk bildirib."Hərbçilər də təsdiqləyir ki, qayıtmaq təhlükəlidir. Biz hesab edirik ki, həmin ərazilər minalanıb. İrpen şəhərinin azad olunması ilə bağlı rəsmi məlumat olsa da, bu, sakinlərin ora qayıtmasının vacib olduğu demək deyil. Bir müddət gözləmək, rəsmi məlumatları izləmək lazımdır. Ərazilər müvəqqəti işğal altında olanda və ondan sonra görüləcək işlərlə bağlı bizim xüsusi planımız var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31