Rusiyalı aparıcı rəqibə uğursuzluq arzuladı: “Siz iyrənc məxluqlarsınız”

Olaylar.az bildirir ki, Rusiyanın "Matç TV" telekanalının aparıcısı Anton Anisimov futbol üzrə Dünya çempionatında Polşa millisinə uğursuzluq arzu edib.

"Kanalın deyil, öz adımdan demək istəyirəm ki, Polşa millisinə, o cümlədən Robert Levandovskiyə 2022-ci il Dünya çempionatında ən böyük uğursuzluğu arzu edirəm. Uşaqlar, siz iyrənc məxluqlarsınız", - deyə o söyləyib.

Qeyd edək ki, Ukraynada başlanan müharibə səbəbilə Polşa millisi Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina etmişdi.

Polşa ilə qarşılaşmalı olan Rusiya millisi Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırıldığı üçün Polşa millisi avtomatik olaraq növbəti mərhələyə vəsiqə qazanmışdı.

Gazeta.ru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31