ABŞ kəşfiyyatının rəhbəri koronavirusa yoluxub

ABŞ-n Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns koronavirusa yoluxub.

Olaylar.az xəbər verir ki, bu barədə MKİ-nin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Börns ötən gün prezident Co Baydenlə görüşdə maska taxıb, sosial məsafəyə riayət edib. Görüş zamanı yoluxmaya şərait yaranmayıb. 65 yaşlı MKİ rəhbəti tam kurs peyvənd olunub. Onda xəstəliyin yüngül simptomları müşahidə olunur.

MKİ rəhbəri 5 gün özünütəcrid rejimində məsafədən işləyəcək.

apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31