Ərdoğan Zelenski ilə Rusiya-Ukrayna görüşünü müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

Olaylar.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığında Rusiya-Ukrayna nümayəndə heyətlərinin martın 29-da İstanbulda baş tutan görüşü müzakirə edilib.

Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün intensiv diplomatik səylər göstərir.

Türkiyə Prezidenti Ukrayna və Rusiya liderləri arasında görüş təşkil etmək üçün səylərini davam etdirəcəyinə əmin edib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31