"Azov" batalyonunun komandirlərini təxliyə edən iki helikopter vurulub
31 Mart 2022 21:44 DünyaUkraynanın Mi-8 helikopteri Mariopulda vurulub.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Kiyev "Azov" batalyonunun komandirlərini iki Mi-8 helikopteri ilə təxliyyə etmək istəyərkən "DNR qüvvələri" tərəfindən vurulub. Nəticədə bir helikopter zədə alaraq qəzaya uğrayıb.
Məlumata görə, helikopterdə olanlardan 15-i həlak olub, sağ qalan iki nəfər əsir götürülüb.
apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31