"Yaşayış evlərinin 15 faizi məhv edilib” - Terexov

Müharibənin davam etdiyi 35 gün ərzində Rusiya ordusu Xarkovda yaşayış evlərinin 15 faizini məhv edib.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə Xarkov meri İqor Terexov bildirib.

"Müharibənin 35 günü ərzində Xarkovda 1531 obyekt, o cümlədən 1292 yaşayış evi dağıdılıb. Rusiya ordusu 76 məktəb, 54 uşaq evi, 16 xəstəxananı dağıdıb. 239 inzibati bina xarabalığa çevrilib", - deyə Xarkov meri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31