"Təəssüf ki, bu müharibənin dayandırılması demək deyil" - Ukrayna Prezident Ofisinin rəhbəri

Ukrayna Rusiyanın cəbhənin müəyyən bölgələrində qoşunların çıxarılması ilə bağlı bəyanatlarının real təsdiqini görmür.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

"Hesab edirik ki, onlar plan və strategiyalarını dəyişiblər. Amma bu, təəssüf ki, müharibənin dayandırılması demək deyil. Deyə bilərəm ki, vəziyyət olduqca ağır olaraq qalır. Xüsuslə humanitar vəziyyət çox pisdir", - Yermak bildirib.

Onun sözlərinə görə, ən pis humanitar vəziyyət Mariupol şəhərindədir:

"Orada insanlar acından, susuzluqdan ölürlər, amma ruslar onlara şəhərdən çıxmağa icazə vermirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31