"Ödəniş avro və dollarla edilir və belə də qalacaq" - Olaf Şolts

Alman müəssisələri Rusiya qazının pulunu avro ilə ödəyəcək.

Olaylar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. "Biz müqavilələrə baxdıq, orada ödəniş avro və dollarla edilir, mən Putinə dedim ki, bu, belə qalacaq", - Şolts bildirib.

Onun sözlərinə görə, Almaniya çox güman ki, bir il ərzində Rusiyadan neft və kömür idxalından asılılığına son qoyacaq.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31