Putin Qərb ölkələrinə rublla qaz satışı barədə fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları barədə fərman imzalayıb.

Olaylar.az bildirir ki, Rusiya prezidenti bunu aviasiya sahəsində vəziyyətlə bağlı iclasın açılışı zamanı deyib.

O bildirib ki, yeni qaydalara əsasən, Rusiyaya dost münasibəti sərgiləməyən Qərb ölkələri təbii qazın ödənişi üçün Rusiya banklarında rubl hesabları açmalıdır.

"Biz bu ölkələrə aydın və şəffaf sxem təklif edirik: Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdır. Aprelin 1-dən başlayaraq məhz bu hesablardan ödənişlər həyata keçiriləcək", - V.Putin deyib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31