ABŞ hərbi gəmilərini Qara dənizdən çıxarıb
31 Mart 2022 16:29 Dünya"ABŞ Ukrayna ətrafında yaranmış vəziyyətə görə hərbi gəmilərini Qara dəniz regionundan çıxarıb".
Olaylar.az bildirir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi brifinqdə bildirib.
O, ölkəsinin addımını belə izah edib: "Biz işğalın qaçılmaz olduğunu görəndə bu addımı atmaq ehtiyatlı sayılırdı. ABŞ hər kəsə aydınlaşdırmaq istəyir ki, o, qüvvələrin yerləşdirilmək, bu və ya başqa qərarla münaqişə yaratmaqda maraqlı deyil".
C.Kirbi ABŞ-ın gəmilərini Qara dənizə nə vaxt qayıda biləcəyi barədə dəqiq fikir söyləyə bilməyəcəyini deyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31