"Sülh ən vacib həll və çıxış yoludur" - Rəcəb Tayyib Ərdoğan
31 Mart 2022 15:58 DünyaRusiya ilə Ukrayna arasındakı müharibə dünyanın son vaxtlar görmədiyi, yaşamadığı bir proses idi. Bu gün Rusiya ərazisinə, əhalisinə, hərbi, siyasi, iqtisadi və mədəni qüdrətinə görə dünyanın ilk üç dövləti sırasında yer alan bir gücdür. Bu vəziyyətə göz yummaq mümkün deyil. Ukrayna da sıradan ölkə deyil. Bu gün Ukraynanın 45 milyona yaxın əhalisi var və o qədər də kiçik yer deyil.
Olaylar.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bir həftə, 10 günə bu müharibə bitmir. Amma bitib-bitməməsindən əlavə, daha vacib bir mövzu var, o da çoxlu itkilərin olmasıdır.
"Xüsusilə, uşaq və qadınlar baxımından ciddi itkilər olub. İndi onlara məhəl qoymamaq mümkün deyil. Təbii ki, burada belə bir mənzərə var ki, hətta güclü Rusiyanın belə ciddi itkiləri var. Bu baxımdan, sülh ən vacib həll və çıxış yoludur", - deyə R.T.Ərdoğan bildirib.
trend