Ukrayna bu əraziləri də azad etdi
31 Mart 2022 14:53 DünyaUkrayna Silahlı Qüvvələri Zaporejye vilayətində daha 5 yaşayış məntəqəsini işğaldan azad edib.
Olaylar.az report-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən məlumat verilib.
Bildirilib ki, Zaporejyedəki Zatışye, Malinovka, Zeleni Qay, Çervonoe və Vesele kəndləri geri alınıb. "Ukraynalı hərbçilər torpaqlarımızın hər qarışı uğrunda vuruşurlar. Bu bizim üçün vacibdir".
Qeyd edək ki, daha əvvəl Ukrayna ordusunun Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa etdiyi barədə məlumat verilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31