Rusiya, Belarus və 4 separatçı rejim düşmən elan olundu - Litvada
31 Mart 2022 11:51 DünyaLitva hökuməti düşmən dövlətlər siyahısını təsdiqləyib. Həmin siyahıda yer alan dövlətlərin şirkətləri Litvada dövlət satınalmaları ilə bağlı keçirilən tenderlərə buraxılmayacaq, onlarla imzalanmış bütün müqavilələr ləğv ediləcək.
Olaylar.az Bloomberg-ə istinadən bildirir ki, siyahıda Rusiya ilə yanaşı Krım yarımadası, Belarus, habelə separatçı rejimlər tərəfindən idarə olunan Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiya da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31