Cənubi Osetiya Rusiyaya birləşmək üçün müraciət hazırlayır

Cənubi Osetiya yaxın zamanda Rusiyaya birləşmək üçün müvafiq hüquqi addımlar atacaq. 

Olaylar.az bildirir ki, bu barədə bölgənin "prezidenti" Anatoli Bibilov müraciətində deyib.

"Hesab edirəm ki, Rusiya ilə birləşmə bizim strateji hədəfimizdir. Biz bu yolla gedəcəyik. Biz yaxın zamanda müvafiq hüquqi addımlar atacağıq. Cənubi Osetiya Rusiyanın tərkib hissəsi olacaq", - Hakim "Vahid Rusiya"nın mətbuat xidməti Bibilova istinadən yaydığı məlumatda deyilir.

Cənubi Osetiya Gürcüstan daxilində birtərəfli şəkildə müstəqilliyini elan edib.

Cənubi Osetiya BMT, Avropa İttifaqı və ABŞ tərəfindən Gürcüstan ərazisi kimi tanınır.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31