Avropada qazın qiyməti min kubmetr üçün 1340 dolları ötüb

London ICE birjasının məlumatına görə, Avropada qazın qiyməti 9% artaraq, hər min kubmetr üçün 1340 dollardan bir qədər yuxarı səviyyəyə çatıb.

Olaylar.az bildirir ki, TTF indeksi üzrə aprel fyuçerslərinin dəyəri ticarət sessiyasının açılışında min kubmetr üçün 1250 dolları bir qədər ötüb.

OPEC qeyri-OPEC ölkələri üzrə karbohidrogenlərin hasilat proqnozunu dəyişib
Sonra kotirovkalarda minimum qiymət 1231,9 dollara düşüb. Dəyişkən başlanğıcdan sonra qiymət 1416,1 dollara çatıb.

Ticarətin ikinci yarısında kotirovkalar təxminən 1330-1370 dollar arasında olub. Nəticədə bağlanış qiyməti hər min kubmetr üçün 1342,1 dollar təşkil edib.

apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31