Zelenski ilə Putin görüşünün nə vaxt baş tuta biləcəyi açıqlandı
30 Mart 2022 19:03 DünyaRusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün nə zaman keçiriləcəyini söyləmək çətindir.
Olaylar.az bildirir ki, bu barədə Ukrayna prezidentinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.
"Rusiya tərəfinə verdiyimiz təkliflərdə əslində prezidentlərin görüşünə hazırlığa başlamaq fikri də yer alıb. Liderlərin görüşü ilə bağlı məsələ daha çox logistik xarakter daşıyır. Çünki rusiyalılara təkliflərimizə baxmaq, ilkin cavab vermək lazımdır", - Podolyak deyib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31