Ərdoğan: "Özbəkistanla əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinə qalxıb"

"Türkiyə ilə Özbəkistan strateji müttəfiq olublar".
Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter səhifəsində yazıb.
"4 ildən sonra yenidən ata yurdumuza, Özbəkistana rəsmi səfər etdik. Müzakirələrimiz nəticəsində əldə olunan razılıqlarla ortaq tariximiz, dilimiz və mədəniyyətimiz olan Özbəkistanla əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinə qalxdı", - dövlət başçısı bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31