Ukrayna Çernobıl AES-lə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib
30 Mart 2022 12:30 Dünya"Biz BMT Təhlükəsizlik Şurasından Çernobıl AES-in təcrid zonasının demilitarizasiyası və orada BMT-nin xüsusi missiyasının tətbiqi üçün tədbirlər görməsini tələb edirik".
Olaylar.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, işğal olunmuş ərzilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.
"Rusiya təhlükəsizlik tədbirlərinə əməl etmir. İkinci Dünya müharibəsindən qalmış təhlükəli döyüş sursatları kütləvi şəkildə istifadə olunur. Rusiya qoşunlarını dərhal Çernobıl zonasından çıxarmalıdır", - o bildirib.
Ekspertlər hesab edirlər ki, Rusiya işğalı nəticəsində Çernobıl AES-ə nəzarətin zəifləməsi yüz milyonlarla avropalının radiasiyaya məruz qalmasına səbəb ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31