Rusiya və Çin xarici işlər nazirləri danışıqlara başlayıb

Olaylar.az xəbər verir ki,   Çində Rusiya xarici işlər naziri Sergey Lavrov və çinli həmkarı Vanq Yi arasında danışıqlar başlayıb.

Bu  barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 30-da  özünün Telegram kanalında məlumat verib.  

"Sergey Lavrov və Vanq Yi arasında danışıqlar Çində başlayıb" - Zaxarova yazıb.

Lavrov Əfqanıstanın qonşu ölkələrin xarici işlər nazirlərinin martın 31-də keçiriləcək üçüncü iclasında iştirak etmək üçün martın 30-da Çinin Tunsi şəhərinə gəlib. Rusiyalı baş diplomat xarici həmkarları ilə bir sıra danışıqlar aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31