“Biz cavabımızda barışmaz olmalıyıq” - Conson

"Rusiya Ukrayna və müttəfiqlərini kapitulyasiyaya məcbur etməyə çalışır".

Olaylar.az bildirir ki, bu sözləri Britaniyanın Baş naziri Boris Conson ABŞ, Fransa, Almaniya və İtaliya liderləri ilə telefon danışığı zamanı bildirib.

"Putin Ukraynanı və onun müttəfiqlərini təslim olmağa məcbur etmək üçün bıçağı Ukraynanın "açıq yarası" içində fırladır. Baş nazir həmkarlarına bildirdi ki, biz cavabımızda barışmaz  olmalıyıq", - deyə Consonun mətbuat xidməti bildirib.

Ölkə liderləri həmçinin Ukraynadakı dəhşət bitənə qədər Qərbin qətiyyətli mövqeyinin zəifləməsinə imkan verməmək haqqında razılaşıblar.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31