"Bu, hər an partlayışa səbəb ola bilər" - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı
29 Mart 2022 23:23 DünyaRusiya qüvvələrinin Çernobıl zonasındakı fəaliyyəti yüz milyonlarla avropalının radiasiya təhlükəsi ilə üzləşməsinə səbəb ola bilər.
Olaylar.az report-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.
"Rusiya və onun beynəlxalq təşkilatlardakı çoxsaylı agentləri Moskva tərəfindən Çernobıl AES-in yaxınlığında külli miqdarda döyüş sursatının daşınması və yığılması faktlarını təkzib edirlər. Bu, hər an partlayışa səbəb ola bilər", - paylaşımda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31