Niderland Rusiya diplomatlarını ölkədən çıxarır

Niderland hökuməti 17 rusiyalı diplomatı ölkədən çıxarır.

Olaylar.az xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın bu ölkədəki səfiri Aleksandr Şulqin Xarici İşlər Nazirliyinə çağırılıb: "Səfirə məlumat verilib ki, Niderland 17 kəşfiyyat zabitini ölkədən çıxarır".

Rusiyanın Niderlanddakı nümayəndəliklərində diplomat kimi akkreditə olunmuş bu şəxslərin gizli şəkildə kəşfiyyat fəaliyyəti həyata keçirdikləri müəyyən edilib: "Bu barədə hərbi kəşfiyyat və təhlükəsizlik orqanlarından verilən məlumatlar məlum qərarın qəbulu üçün əsas hesab edilib".

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31