Rusiyanın müharibədə Ukraynaya vurduğu zərər açıqlandı

Rusiyanın hücumları nəticəsində Ukraynanın itkiləri 1 trilyon dollardan artıqdır.

Olaylar.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal Tvitter hesabında yazıb.

"Rusiya işğalında Ukraynanın itkiləri, o cümlədən, qarşıdakı illərdəki itkilər 1 trilyon dollardan artıqdır. Körpüləri, yolları, mənzilləri, binaları itirdik.

İqtisadiyyatımızın itkiləri 290 milyard dollardan çoxdur. Rəqəmlər hər gün artır. Rusiya dərhal dayandırılmalıdır", - Baş nazir qeyd edib.

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31