"Zelenskini hələ də öldürmək cəhdlərindən qalmırlar" - Arestoviç

Rusiya hərbçiləri Ukrayna Prezidenti Vladimir Zelenskini hələ də öldürmək cəhdlərindən qalmırlar.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Aleksey Arestoviç BBC-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, ruslar 4 dəfə Prezident Administrasiyasının yaxınlığına atəş açıblar.

Bundan əlavə, Arestoviç işğalçıların ( Rusiya hərbçiləri - red.) hərbi-siyasi rəhbərlikdən hər hansı bir şəxsi də aradan götürmək istədiklərini bildirib.

O, özünün də hədəf seçildiyini istisna etməyib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31