"Rusiyanın Ukraynaya müdaxiləsi ərzaq problemlərinə səbəb ola bilər" - Qeorqiyeva
29 Mart 2022 21:48 DünyaRusiyanın Ukraynaya müdaxiləsi Yaxın Şərqdə ərzaq problemlərinə səbəb ola bilər.
Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Qeorqiyeva hesab edir ki, bu, yeni "ərəb baharı" üçün ilkin şərtlər yaradacaq.
Olaylar.az xəbər verir ki, bu barədə o, Dohada keçirilən forumdakı çıxışında bildirib.
"Qiymətlər qalxanda və kasıb insanlar ailələrini dolandıra bilməyəndə onlar küçələrə axışacaqlar", - deyə Qeorqiyeva qeyd edib.
BVF rəhbəri dünya ictimaiyyətini ərzaq və enerji resursları qıtlığının, onların qiymətlərinin artmasının qarşısını almaq üçün səyləri əlaqələndirməyə çağırıb.
Qeorqiyeva bildirib ki, Ukraynada hərbi əməliyyatlar mümkün qədər tez dayandırılmalıdır ki, ölkə dünya bazarına taxıl çıxara bilsin.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31