Rusiya bu yarışdan da kənarlaşdırıldı

Beynəlxalq Emmi Mükafatlarının təqdimetmə mərasimi Rusiya ilə bağlı qərarını açıqlayıb.

Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, təşkilatın yaydığı bəyanatda Rusiya şirkətlərinin və ya onlarla birgə yaradılan televiziya layihələrini müsabiqə proqramından kənarlaşdırıldığı bildirilib.

"Ukraynaya dəstək olaraq Beynəlxalq Akademiyanın İcraiyyə Komitəsi Rusiyadan gələn bütün layihələri builki Beynəlxalq Emmi Mükafatlarından çıxarmaq qərarı alıb" - deyə, bəyanatda yazılıb.

Qeyd edək ki, bundan əvvəl Emmi təşkilatçıları Rusiya kino sənayesinin nümayəndələri ilə əlaqələri dayandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31