Ukrayna Rusiyanın tələbini qəbul etdi - Putinin köməkçisi açıqladı

"Ukrayna hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə söz verib".

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib.

O qeyd edib ki, Ukrayna hərbi məsələlərlə bağlı hər şeyi Rusiyanın razılığı ilə edəcək:

"Ukrayna hərbi ittifaqlara qoşulmaqdan, xarici hərbi bazaları, kontingentləri yerləşdirməkdən, zəmanətçi dövlətlərin, habelə Rusiya Federasiyasının razılığı olmadan Ukrayna ərazisində hərbi təlimlər keçirməkdən imtina edir", - V.Medinski deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31