Şon Penn Ukraynaya qayıtdı
29 Mart 2022 19:32 DünyaHollivud ulduzu Şon Penn qaçqınlara dəstək olmaq üçün yenidən Ukraynaya gedib.
Olaylar.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə məlumat yayıb. Penn Ukraynanın qərbindəki Lvov şəhərində olduğunu açıqlayıb.
Qaçqınlara dəstək üçün assosiasiya proqramlarını dəstəklədiyini qeyd edən məşhur aktyor Lvovda vilayət administrasiyasının rəhbəri Maksim Kozitski ilə görüşdüyünü deyib.
Qeyd edık ki, Şon tərəfindən yaradılan assosiasiya Polşaya sığınan ukraynalı qaçqınların yerləşdirilməsi və təhsil almasına dəstək verir.
olay.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31