Uill Smit Oskar mərasimində aparıcıya vurduğu şilləyə  görə üzr istədi

Olaylar.az xəbər verir ki, Uill Smit "Oskar" mükafatlarının təqdimetmə mərasimi zamanı tədbirin aparıcısı, komediya ustası Kris Roka şillə vurduğuna görə ondan üzr istəyib. Bu barədə aktyor öz "Instagram" səhifəsində paylaşım edib.Smit yazılı açıqlamasında "Bütün zorakılıq formaları zəhərli və məhv edicidir. Dünən gecə Akademiya Mükafatları mərasimində davranışım qəbuledilməz və bağışlanmaz idi"- deyə söyləyib.Zarafat etməyin işinin bir hissəsi olduğunu deyən Smith, "Ancaq Jadanın sağlamlıq vəziyyəti ilə bağlı bir zarafat mənim üçün çox ağır gəldi və emosional reaksiya verdim "- deyə o, əlavə edib.Həmçinin aparıcı Chris Rock ilə danışan Smith, "Hamının qarşısında səndən üzr istəmək istəyirəm, Khris, Mən çox irəli getdim və yanıldım. Utandım və davranışım olmaq istədiyim kişiyə yaraşmırdı"- Smit yazıb.

Xatırladaq ki, ötən gün "Oskar" mərasimi zamanı qalmaqal yaşanıb. Səhnədə olan aktyor Kris Rok komediya ustası Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna reaksiya verən Uill Smit səhnəyə qalxıb və Rokun üzünə şillə vurub.

Qeyd edək ki, öz növbəsində Amerika Kino Akademiyası "Oskar" mükafatlandırma mərasimindəki insidenti ayrıca araşdıracaq. 

Mənbə: HABER 7

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31