Bloomberg Rusiya və Belarusda fəaliyyətini dayandırır
29 Mart 2022 13:43 DünyaOlaylar.az xəbər verir ki, Bloomberg LP Rusiya və Belarusdakı fəaliyyətini dayandırıb.
Bu barədə Bloomberg.com saytında məlumat verilib.
Nyu-Yorkda yerləşən Bloomberg-in verdiyi xəbərdə şirkətin Rusiya və Belarusdakı bütün fəaliyyətlərini, xüsusi ödənişli istifadəçilərin artıq maliyyə məlumatları terminallarına və ticarət platformalarına daxil ola bilməyəcəyi açıqlanıb.
Amma buna baxmayaraq, Bloomberg.com saytı xidmətini davam etdirəcək.
Əlavə olaraq, şirkət "Bloomberg Philanthropies" xeyriyyə təşkilatı vasitəsilə regionda və digər yerlərdə ukraynalılara və qaçqınlara dəstək, təchizat və yeməklər təmin etmək üçün Beynəlxalq Xilasetmə Komitəsi və Dünya Mərkəzi Mətbəxinə humanitar təşkilatlara 40 milyon qrant verəcəyi vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31