Son 22 ilin ən yüksək müdafiə büdcəsi bəlli olub

Olaylar.az xəbər verir ki,ABŞ prezidenti Co Baydenin administrasiyası oktyabrın 1-də başlayacaq 2023-cü maliyyə ili üçün dövlət xərclərini ehtiva edən 5,8 trilyon dollarlıq büdcə təklifini ABŞ Konqresinə təqdim edib.

Bu büdcə tələbinin 1,58 trilyon dolları prezidentin "ixtiyari" xərc tələbi adlandırılır.

Baydenin ixtiyari xərc tələbinin yarısından çoxu müdafiə xərcləridir.

Rəhbərlik 2023-cü maliyyə ilində ümumilikdə 813,3 milyard dollar, o cümlədən Müdafiə Nazirliyinin Əsas Xərcləri üçün 773 milyard dollar, Atom Enerjisindən Müdafiə Fəaliyyətləri maddəsi üçün 29,7 milyard dollar və Müdafiə ilə əlaqəli Digər Fəaliyyətlər maddəsi üçün 10,6 milyard dollar tələb edib.

Pentaqonun büdcə sənədlərində 2023-cü maliyyə ilinin müdafiə xərclərinin ABŞ-ın son 22 ildə ən yüksək müdafiə büdcəsi tələbi olduğuna diqqət çəkilib.

11 sentyabr hücumlarının təşkil edildiyi 2001-ci ildə ABŞ-ın müdafiə xərcləri, müharibə fondu olaraq da bilinən Xaricdə Mümkün Əməliyyatlar (DMO) büdcəsi də daxil olmaqla 300 milyard dollardan bir qədər çox idi.

 Qeyd olunur ki, 11 sentyabr hücumlarından, Əfqanıstan və İraqın işğalından və terrorizmə qarşı qlobal müharibənin başlamasından sonra müdafiə büdcəsi artaraq 2010-cu ildə pik həddə yüksələrək, təxminən 690 milyard dollara çatıb.

Mənbə: TRT HABER

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31