“Məcbur etməsələr NATO ölkəsinə ordu göndərmək fikrində deyilik” –PESKOV

Rusiya heç bir NATO ölkəsinə öz qüvvələrini göndərə bilməz və bu barədə düşünmür.

Olaylar.az  bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RBS telekanalına müsahibəsində bildirib.
"Əgər bu, cavab tədbiri deyilsə, bizi buna məcbur etməsələr bu barədə düşünə bilmərik və düşünmək də istəmirik", - deyə Peskov jurnalistin "NATO ölkəsinə qoşun göndərmək məcburiyyətinin olacağı bir vəziyyət mümkündürmü?" suala cavab verib.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31