AYİB Moskva və Minskdəki ofislərini bağlayacaq
28 Mart 2022 23:55 DünyaAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moskva və Minskdəki ofislərini bağlamaq qərarına gəlib.
Olaylar.az bildirir ki, bu barədə AYİB-nin press relizində bildirilib.
Press-relizdə bu qərar "Rusiya Federasiyasının Belarusun köməyi ilə həyata keçirdiyi tədbirlərin qaçılmaz nəticəsi" adlanır.
"Biz Ukraynaya sarsılmaz dəstəyimizi ifadə etməyə davam edirik və artıq Ukrayna və müharibədən zərər çəkən digər ölkələr üçün ilkin 2 milyard avroluq yardım paketi barədə razılığa gəldik", - deyə AYİB-dən qeyd edilib.
AYİB 2014-cü ildən bəri Rusiyada yeni layihələrə investisiya qoymur.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31