"Türkiyə Cümhuriyyəti xeyriyyə təşkilatı deyil" - Məhərrəm İncə
28 Mart 2022 18:59 DünyaTürkiyə böyük dövlətdir. Qonşusu ilə problem olanda ona sığınanlara kömək etməlidir.
Olaylar.az xəbər verir ki, bu sözləri Türkiyənin Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə deyib.
"Amma Türkiyə Cümhuriyyəti xeyriyyə təşkilatı deyil. Prezident olsam, Əsədlə masa arxasında oturacağam. Qaçqınları göndərmək üçün Dəməşqə (Suriya paytaxtı - red.) səfir təyin edəcəm. Mən də kömək edəcəm, amma suriyalıları geri göndərəcəm", - İncə bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31