Almaniya prezidenti Polşaya səfərini təxirə salıb
28 Mart 2022 18:44 DünyaAlmaniya prezidenti Frank-Valter Ştaynmayer koronavirusa yoluxması ilə əlaqədar Polşaya martın 29-da planlaşdırılan səfərini təxirə salıb.
Olaylar.az bildirir ki, bu barədə prezidentin işlər idarəsi bildirib.
Qeyd olunur ki, F.Ştaynmayerin bu gün verdiyi təkrar koronavirus testi də müsbət nəticələnib.
Xatırladaq ki, Almaniya prezidenti, eləcə də onun həyat yoldaşı martın 22-də koronavirusa yoluxmuşdu. Onların xəstəliyinin yüngül formada keçdiyi bildirilib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31