Ukrayna Rusiyadan neft alan Qərb dövlətlərini məhkəməyə verəcək

Olaylar.az xəbər verir ki, Ukrayna hakimiyyəti Rusiya neftini idxal etməkdən imtina etməyən Qərb ölkələrini məhkəməyə vermək niyyətindədir. 

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko Britaniyanın Sky News telekanalına müsahibəsində bildirib .

O, Avropa İttifaqının Rusiyaya qarşı neft sanksiyalarına qoşulmamasını qəbuledilməz adlandırıb. "Bütün sivil dünya bu müharibəni dayandırmağa çalışır, eyni zamanda bəzi ölkələr onu maliyyələşdirmək üçün pul göndərir", - Zelenskinin müşaviri bildirib.

Rusiyanın fevralın 24-də Ukraynada başlatdığı hərbi xüsusi əməliyyatdan sonra bir sıra Qərb dövlətləri, o cümlədən Böyük Britaniya və ABŞ Rusiya neft və neft məhsullarını idxal etməkdən imtina edib. Aİ enerji təhlükəsizliyi baxımından Rusiyanın karbohidrogenlərinə birbaşa embarqo qoymadı. Eyni zamanda, Avropanın bir sıra neft-qaz şirkətləri Rusiya tərəfdaşları ilə əlaqələri kəsdiklərini, birgə layihələrdən çəkildiklərini və ya gələcək layihələrə investisiya qoymaqdan imtina etdiklərini açıqladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31