Silahlı hücum nəticəsində 19 nəfər həlak olub

Olaylar.az xəbər verir ki,  Meksikanın Miçoakan ştatında silahlı hücum nəticəsində azı 19 nəfər ölüb. Bu barədə  " El Universal " qəzeti məlumat yayıb.

Hadisə martın 27-də axşam saatlarında  Las Tinaxas kəndindəki Sinapekuaro bələdiyyəsində baş verib. Bir qrup silahlı şəxs xoruz döyüşlərinin getdiyi əraziyə soxularaq orada olanlara atəş açıb. Prokurorlar hadisə yerində güllə yaraları olan 19 cəsəd tapıblar.

Hadisə şahidləri idarənin nümayəndələrinə bir neçə nəfərin xəsarət aldığını və xəstəxanalara aparıldığını bildiriblər.

Baş verənlərlə bağlı başqa təfərrüatlar verilməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31