Peskovdan Rusiya və Ukrayna danışıqları haqqında açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında planlaşdırılmış təkbətək danışıqlar faktını vacib adlandırıb, lakin Kreml hələlik bu danışıqlarda irəliləyiş görmür.

"Hələ ki, biz irəliləyiş barədə danışa bilmərik və danışmayacağıq. Danışıqların davam etdirilməsinin qərara alınması, əlbəttə ki, vacibdir", - Peskov Moskva və Kiyev nümayəndə heyətlərinin sabah İstanbulda planlaşdırılmış danışıqlarını şərh edərkən deyib. 

"Lakin hələlik biz danışıqlarla bağlı hər hansı detalın açıqlanmaması xəttinə sadiq qalırıq. Hesab edirik ki, bu, yalnız danışıqlar prosesinə zərər verə bilər", - o əlavə edib.

Olaylar.az  bildirir ki, onun sözlərinə görə, Rusiya Federasiyası ilə Ukrayna arasında əsirlərin mübadiləsi Moskva və Kiyev nümayəndə heyətləri arasında danışıqların mövzusu deyil.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31