ABŞ, Misir, Mərakeş, BƏƏ və Bəhreyn xarici işlər nazirləri görüşdü
28 Mart 2022 13:49 DünyaOlaylar.az xəbər verir ki, İsrailin ev sahibliyi etdiyi Nəcəf Sammiti çərçivəsində İsrail, ABŞ, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Bəhreyn xarici işlər nazirləri ikitərəfli danışıqlara başlayıb.
Bu barədə İsrail Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
Sammit çərçivəsində dünən İsrailə gələn qonaq nazirlərlə şam yeməyində görüşən Lapid həmkarları ilə ikitərəfli danışıqlar edib. Lapid əvvəlcə Mərakeşin xarici işlər naziri Nasser Burita ilə görüşüb.
İkitərəfli görüşlər başa çatdıqdan sonra 6 nazir birgə mətbuat konfransı keçirəcək.
Sammit çərçivəsində keçirilən danışıqlarda İranla nüvə razılaşması, Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin məsələsi və İsrail ilə ərəb ölkələri arasında normallaşma kimi bir çox regional mövzuların müzakirə ediləcəyi açıqlanıb.
BƏƏ, Bəhreyn və Mərakeş 2020-ci ildə İsraillə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.