Bu ölkədə polisə bombalı hücum: 1 ölü, 18 yaralı

Olaylar.az xəbər verir ki, Kolumbiyada polis idarəsi yaxınlığında partlayış hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Bu barədə Kolumbiyanın müdafiə naziri Dieqo Molano mətbuata verdiyi açıqlamada bildirilib. 

"Partlayıcı  polis bölməsinin arxasına yerləşdirilib  və çamadanda kamuflyaj edilib, gələn zənglə işə düşüb" -deyə nazir söyləyib.

Prezident İvan Duke də sosial mediada hücumu pisləyərək, "Günahsız insanların ağılsız hərəkətlər səbəbindən  ölməsi çox ağrıdır" - deyə  qeyd edib.

Səlahiyyətlilər hücumun səbəbkarları haqqında məlumatı olanlara  80 min dollar mükafat veriləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31