Parisdə iğtişaşlar zamanı avtobus yandırıldı
28 Mart 2022 11:57 DünyaOlaylar.az xəbər verir ki, martın 28-i səhər saatlarında Parisin ətraflarında böyük iğtişaşlar baş verib. Naməlum şəxslər avtobusu oğurladıqdan sonra yandırıblar.
Bu barədə BFM telekanalı məlumat yayıb .
İğtişaşlar martın 26-sı gecə saatlarında polisin Sevran kommunasının 32 yaşlı sakinini güllələməsindən sonra başlayıb. O, oğurlanmış mikroavtobusu idarə edirdi və qaçmağa çalışarkən öldürülüb . Bazar günü iğtişaşların ilk dalğası pirotexniki vasitələrdən istifadə və zibil qutularının yandırılması ilə müşayiət olunub.
Hələlik hadisələr zamanı zərərçəkənlər barədə məlumat yoxdur. Bobigny-nin prokurorluğu şənbə günü oğurlanmış avtomobilin sürücüsünün öldürülməsinin səbəblərini araşdırmaq üçün Milli Polis Müfəttişliyinə sorğu göndərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31