Oskar mükafatı təqdimetmə mərasimində dava- VİDEO

Olaylar.az xəbər verir ki,kino dünyasının ən nüfuzlu təşkilatlarından biri olan "Oskar" mükafatlandırma mərasimində qeyri-adi anlar yaşanıb.

Məşhur aktyor Uill Smit Oskar mərasimdə həyat yoldaşı ilə zarafatlaşdığına görə komediya ustası Kris Roku  sillələyib.

"Ən yaxşı sənədli film" mükafatını təqdim edən Kris Rok zarafatla Uill Smitin xəstəlikdən saç tökülməsindən əziyyət çəkən həyat yoldaşı Jada Pinkett Smith-in Demi Murun "GI Jane" filmindəki görünüşünü müqayisə edərək ona "davamı çəkməyi" təklif edib.Bir anlıq sükutdan sonra Uill Smit səhnəyə çıxıb və Kris Roka şillə vuraraq "Arvadımın adını ağzına alma " deyib.Həmin anların görüntüləri sosial şəbəkələrdə yayılıb.Alopesiyadan əziyyət çəkən aktrisa Jada Pinkett Smith 2018-ci ildə xəstəliyini ictimaiyyətlə bölüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31