İsrailin baş nazirinin koronavirus testi müsbət çıxıb
28 Mart 2022 10:55 DünyaOlaylar.az xəbər verir ki, martın 28-də İsrailin baş naziri Naftali Bennettin koronavirus testi müsbət çıxıb.Bu barədə baş nazirin ofisi məlumat yayıb."Baş nazir Naftali Bennettin koronavirus testi müsbət çıxıb. Baş nazir yaxşı vəziyyətdədir və evdən işləməyə davam edəcək", - məlumatda deyilir. Qeyd edək ki, koronavirus daha əvvəl Baş nazirin köməkçilərindən birində aşkarlanmışdı.Xatırladaq ki, martın 27-də Bennett Yerusəlimdə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31