Son sutkada Rusiyanın 4 təyyarəsi, 1 helikopteri məhv edilib - Ukrayna MN
28 Mart 2022 10:50 DünyaUkrayna Silahlı Qüvvələri son sutkada Rusiya ordusunun 4 döyüş təyyarəsini, 1 helikopterini, 2 pilotsuz uçan aparatını, 2 qanadlı raketini məhv edib.
Olaylar.az xəbər verir ki, məlumat Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılıb.Son sutkada Donetsk və Luqansk istiqamətindən Rusiyanın 5 hücumunun qarşısı alınıb, 2 tankı, piyadaların döyüş maşını və avtomobili məhv edilib, canlı qüvvələri itkisinin sayı dəqiqləşdirilir. Ukraynanın hərbi qüvvələri Krivoy Roq, Zaporojye və Nikolayev istiqamətində müdafiə tədbirlərini gücləndirib.Ukrayna Silahlı Qüvvələri ölkə paytaxtı Kiyev ətrafında müdafiəni gücləndirir, qarşı tərəfin şimal-qərb və şərqi istiqamətindən girməsinin qarşısını alır, onları sıxışdırırlar.Topolsk, Kamenka və Suxaya Kamenka yaşayış məntəqələrində döyüşlər davam edir.
Qeyd edək ki, Rusiya Ukraynada fevralın 24-də hərbi əməliyyatlara başlayıb.