Ukraynada həlak olan dinc sakinlərin yeni sayı AÇIQLANDI
28 Mart 2022 10:20 DünyaRusiyanın Ukraynaya qarşı başladığı hücumdan azı 1119 ukraynalı mülki şəxs ölüb, 1790 nəfər yaralanıb.Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Məlumata görə, martın 26-dək Ukraynanı 3 milyon 821 min 49 nəfər tərk edib. Ən çox qaçqını (2 milyon 267 min 103 nəfər) Polşa qəbul edib. Sonrakı yerlərdə Rumıniya, Moldova, Macarıstan və Slovakiya qərarlaşıb.Eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatı müharibə başlayandan bəri Ukraynada 6,5 milyon insanın məcburi köçkünə çevrildiyini bildirib.
Beynəlxalq təşkilatların nümayəndələri baş verənlərin real mənzərəsinin daha acınacaqlı ola biləcəyini istisna etmirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31