“Mariupol yeni Hələbdir” - Fransa XİN

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

O, Rusiya ordusunun Ukraynanın Mariupol şəhərini mühasirəyə almasına işarə edərək, "Mariupol yeni Hələbdir" deyə bildirib.

Olaylar.az bildirir ki, Le Drian Qətərin paytaxtı Dohadakı Forumda çıxış edərkən bəyan edib ki, Mariupola kömək üçün heç bir tədbir görülməsə, bu "kollektiv günah" olacaq.

"İşğalçı güc öz məqsədlərinə çatmaq üçün Mariupolda əhalini girov götürüb. Bu, həqiqətən də qəbuledilməzdir. Düşünürəm ki, biz Avropada sabitlik və təhlükəsizlik parametrlərinin şübhə altına alındığı kritik nöqtədəyik", - deyə Le Drian vurğulayıb.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31