“Ukraynada tezliklə atəşkəs olmasını tələb edirik” - Akar

Biz (Ukraynada -red.) tezliklə atəşkəsin əldə olunmasını istəyirik. Biz bunu tələb edirik, bunun üçün çalışırıq.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Türkiyə siyasətinin prinsipi bütün ölkələrin sərhədlərinə, hüquqlarına hörmətlə yanaşmaqdır.

"Bu mənada, Türkiyə Cümhuriyyəti Dövləti olaraq prezidentimiz bunu dəfələrlə dilə gətirib. Biz Ukraynanın sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik. Bundan əlavə, 2014-cü ildən bu yana prezidentimiz Ukraynanın Rusiya tərəfindən ədalətsiz ilhaqını tanımadığımızı dəfələrlə dilə gətirib", - deyə nazir bildirib.

apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31