Ukraynadan olan qaçqınların sayı milyonu ötüb - BMT

Hərbi əməliyyatlar başlayandan Ukraynanı 3,7 milyondan çox insan tərk edib.

Olaylar.az xəbər verir ki, bu barədə Axios portalı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına (UNHCR) istinadən məlumat yayıb.

Qeyd olunur ki, ən çox insan Polşaya üz tutub - 2,1 milyon. Rumıniyaya 555 min nəfər, Moldovaya 371 min nəfər, Macarıstana 324 min nəfər, Slovakiyaya isə 256 min nəfər keçib. Rusiya ərazisinə Ukraynadan 271 min qaçqın, Belarusa isə 4,9 min nəfər gəlib.

Bundan əlavə 6,5 milyon insan məcburi köçkün hesab olunur.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31